İşıqlı, parlaq ay.
Dastanlarda müxtəlif variantlarda rast gəlinir: mahtaban, mahu təvan, mahi-təvan.
Qarşıda əyləşib bir sultan kimi,
Canım alır zalım canalan kimi,
Bir dəstə gözəllə mahtaban kimi
Qırmızı geyinib, əlvan gəlibdi.
(“Dilsuz və Xəzangül”)
*
Çıxıbdır çəmən seyrinə,
Hürü qılmandı bu gələn.
Şöləsi düşüb cahana,
Mahu təvandır bu gələn.
(“Bəhram-Gülxəndan”)
*
Heç bilmirsən fikrim, zikrim handadı,
O da mənim kimi yanhayandadı.
Öldürsən də bil ki, gözüm ondadı,
Dönübdür qılmanə, mahi-təvanə.
(“Baxış-Leyla”)